Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda 7 minədək sakinin yaşadığı kənddə yenidənqurma işləri aparılır - FOTO

Bakıda 7 minədək sakinin yaşadığı kənddə yenidənqurma işləri aparılır - FOTO

Tarix: 2 Sentyabr 2020 16:24

Abşeron rayonu Məhəmmədi kəndində 1700 abonentin kompakt məskunlaşdığı ərazidə əhalinin enerji təchizatının yaxşılaşdırılması məqsədi ilə 2 ədəd 1600 kVA güc transformatoru quraşdırılacaq yeni paylayıcı qurğunun tikintisinə başlanıb.

Sonxeber.net xəbər verir ki, bundan başqa 10 kV "Məhəmmədi-1", 10 kV "Məhəmmədi -4" və "Məhəmmədi -5" hava xəttində zədəli dayaqlar yenisi ilə əvəzlənib. Xəttlər daha keyfiyyətli müasir kabellərlə əvəz olunub. Ərazidə bir neçə yeni transformator quraşdırılaraq yeni güc mərkəzi yaradılıb.

Beləliklə, 7 minədək sakinin yaşadığı kənddə işlər tam başa çatdıqdan sonra evlər dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq. Bundan başqa qəzaların sayı azalacaq, itkilərin həcmi minumuma enəcək. İşlər plana uyğun olaraq Bağlar EŞ ərazisində ardıcıl şəkildə davam etdiriləcək.


Etiketlər:  Bakıda minədək sakinin yaşadığı kənddə yenidənqurma işləri aparılır FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ