Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Real''ın futbolçusu ''Qranada''da

''Real''ın futbolçusu ''Qranada''da

Tarix: 2 Sentyabr 2020 21:42

İspaniyanın “Qranada” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Qol.az xəbər verir ki, La Liqa təmsilçisi Madrid “Real”ından Alberto Soronu transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı yarımmüdafiəçiylə 5 illik müqavilə imzalanıb. “Qranada” Soro üçün “Real”a 2,5 milyon avro ödəyib.

Qeyd edək ki, Soro son mövsümü icarə əsasında Sequnda təmsilçisi “Saraqosa”da keçirib.
 


Etiketlər:  Realın futbolçusu Qranadada


RƏYLƏR