Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ucuz “Android” smartfonlarında pul oğurlayan proqramlar aşkarlandı

Ucuz “Android” smartfonlarında pul oğurlayan proqramlar aşkarlandı

Tarix: 3 Sentyabr 2020 08:52

Bəzi regionlarda ucuz "Android" smartfonlarına böyük tələbat var. Çox vaxt belə aparatların istehsalçıları qiymətə görə güzəştə gedir və nəticədə qurğular o qədər də keyfiyyətli materiallarla təchiz edilmir. Bu yaxınlarda baş vermiş hadisə isə istehsalçıların təhlükəsizlik məsələsinə yetəri qədər diqqət ayırmadığını göstərib.
 
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, Afrikada Çinin ucuz "Android" smartfonlarında pul oğurlamaq üçün öncədən quraşdırılmış proqramlar aşkar edilib. Alıcılardan biri onun smartfonuna çoxlu reklam bildirişlərinin gəldiyini deyib, günlərin birində isə heç vaxt abunə olmadığı çoxlu sayda pullu abunə aşkar edib.
 
Mütəxəssislər problemi araşdırıblar və məlum olub ki, qurğulara öncədən zərərverici proqram quraşdırılıb.


Etiketlər:  Ucuz Android smartfonlarında oğurlayan proqramlar aşkarlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ