Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2020 20:57
Hər min nəfərdən 2-də üz iflici müşahidə edilir. Qış fəslində bu daha çox görülür. Zamanında edilən müalicə xəstəni 85 faiz sağalmasına kömək edəcək.
Üz iflici nədir?
Sinirin zədələnməsi səbəbiylə üz hərəkətlərinin itirilməsidir. Bu üz əzələlərinin düşməsinə və arıqlamasına səbəb olur. Bu hal üzün bir və ya iki tərəfində müşahidə edilə bilər. Üz iflici qısa və ya uzun müddət davam edə bilər.
Üz iflicinin əlamətləri nədir?
İnsan üz siniri nəticəsində gülə, yemək yeyə, içə, çiynəyə, qaşları qaldıra, öpə, gözləri bağlaya bilir. Əsas əlamətləri isə aşağıdakılardır:
Üzdə ağrı
Baş ağrısı və baş dönməsi
Danışmaqda çətinlik
Yemək yeyə bilməmək
Göz yaşlarının nəzarətsiz axmağı
Göz və ağızda quruluq
Üz iflicinin yaranmasının müxtəlif səbəbləri var. Səbəbə görə isə müalicənin növü fərqlidir. Əsas səbəbləri üz sinirinin infeksiyası və ya iltihabı, beyin tavması, baş və ya boyun şişi ola bilər.
Üz iflicini mərhələlərə bölmək olar.
Birinci dərəcəli yaralanma zamanı sinir sistemi sadəcə zədələnmişdir və 8 həftə daxilində normala dönər.
İkinci dərəcəli iflicdə sinir ciddi şəkildə zədələnmiş olur. Ancaq digər qism sağlam olur. 4 ay sonra ilk yaxşılaşma əlamətləri özünü biruzə verməyə başlayır.
Üçüncü dərəcəlidə isə sinir çox pis zədələnmiş halda olur. Yaxşılaşma müddəti çox yavaş davam edir. Əksər zaman isə sağalma mümkün olmur. Cərrahi müdaxilə tələb edilir.
Xəstələr iflicin dərəcəsinə görə, vitaminlər, dərmanlar, terapiyalar, massajlar vasitəsilə müalicə edilir.