Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Beynəlxalq yarışda böyük qalmaqal

Beynəlxalq yarışda böyük qalmaqal

Tarix: 4 Sentyabr 2020 12:00

Qitələrarası Hokkey Liqasında böyük qalmaqal yaşanıb.

Qol.az-ın “Euronews” kanalına istinadən yaydığı xəbərə görə, Finlandiyanın “Yokerit” komandası Minskda “Dinamo” ilə matça getməyib. Buna səbəb son vaxtlarda Belarusda baş verən siyasi hadisələr səbəb olub. “Yokerit” yerli fanatlar və ictimaiyyət nümayəndələrinin təzyiqlərindən sonra belə addım atıb. Finlandiya KİV-ləri bildirir ki, bu qərarı klub rəhbərliyi deyil, hokkeyçilər özləri qəbul ediblər.

Buna görə onlara texniki məğlubiyyət verilib. “Yokerit”in azarkeşləri yaydıqları bəyanatda bildiriblər ki, “biz rahat nəfəs aldıq, insan haqları qalib gəldi”.

Qeyd edək ki, Qitələrarası Hokkey Liqası özündə 6 ölkənin  (Rusiya, Belarus, Qazaxıstan, Çin və Avropa Birliyindən Finlandiya və Latviya)  23 komandasını birləşdirir.

 


Etiketlər:  Beynəlxalq yarışda böyük qalmaqal


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ