Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda quldurluq edən dəstəyə 45 il cəza verildi - Qadınlar da var

Bakıda quldurluq edən dəstəyə 45 il cəza verildi - Qadınlar da var

Tarix: 27 Iyun 2019 18:14

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən dəstə üzvləri - Maya Qasımova, Orxan Hüseynov, İsrafil Kərimov, Elçin Osmanov və Seyidsara Heydərovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Trend-in məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Qasımova 10 il 6 ay, O.Hüseynov 11 il, İ. Kərimov 11 il, E. Osmanov 11 il və S.Heydərova 1 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il yanvarın 25-də Yasamal rayonunda Bakı şəhər sakini Muxtar Məmmədov internet vasitəsilə tanış olduğu Maya adlı qadının evinə gəlib. Bundan təxminən, 30 dəqiqə sonra mənzilə daxil olan üç maskalı şəxs Muxtarın əllərini və ayaqlarını yapışqanlı lentlə stula bağlayaraq döyüb, cibindəki 150 manatı və mobil telefonu götürərək Maya ilə birlikdə mənzilin qapısını arxadan bağlayıb gediblər. M.Məmmədov yapışqanlı lent sarğılarını açaraq eyvana çıxıb ətrafdakıları köməyə çağırıb.

Polisə edilən müraciət əsasında dəstə üzvlərindən Orxan Hüseynov, daha sonra dəstənin digər üzvləri - M.Qasımova, İ.Kərimov, E.Osmanov və Şabran rayon sakini S.Heydərova saxlanılaraq istintaqa cəlb ediliblər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakıda quldurluq edən dəstəyə cəza verildi Qadınlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ