Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tərtərdə küp qəbirlər aşkar olunub (FOTO)

Tərtərdə küp qəbirlər aşkar olunub (FOTO)

Tarix: 5 Sentyabr 2020 15:45

Bakı. Ceyhun Ələkbərov - Trend:

Tərtər rayonunun Yuxarı Sarıcalı kəndində təsərrüfat işləri aparılarkən qədim dövrə aid maddi-mədəniyyət nümunələri, saxsı qablar və insan sümükləri aşkar olunub. Ərazi Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən nəzarətə götürülüb, təsərrüfat işləri dayandırılıb.

Trend xəbər verir ki, həmin əraziyə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin və AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutun əməkdaşlarının iştirakı ilə baxış keçirilib.

Baxış zamanı arxeoloji tapıntının e.ə I əsrdən bizim eranın I əsrinə qədər olan dövrə aid olduğu ehtimal olunan 2 küp qəbir müəyyən olunub.

Ərazinin öyrənilməsi məqsədilə arxeoloji tədqiqat işlərinin aparılması nəzərdə tutulur.

Tərtərdə küp qəbirlər aşkar olunub (FOTO) - Gallery Image Tərtərdə küp qəbirlər aşkar olunub (FOTO) - Gallery Image Tərtərdə küp qəbirlər aşkar olunub (FOTO) - Gallery Image


Etiketlər:  Tərtərdə küp qəbirlər aşkar olunub FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ