Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Sentyabr 2020 06:56
Bakı. Trend:
İndoneziya sahillərində 5,9 bal gücündə zəlzələ qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Geoloji xidməti bildirib.
Məlumata əsasən, yeraltı təkanların episentri Ternate şəhərindən 132 km şimal-qərbdə olub. Zəlzələnin ocağı 26,6 km dərinlikdə yerləşib.
Xəsarət alanlar, dağıntılar və sunami təhlükəsi barədə hələki məlumat yoxdur.