Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Sentyabr 2020 15:03
Saç tökülməsinin müxtəlif səbəbləri var. Saç və baş dərisi xəstəlikləri yanaşı saç düzümü də itkiyə təsir göstərir.
Sonxeber.net Teleqraf.com-a istinadən xəbər verir ki, saçı düzgün yığmamaq qadınlarda keçəlliyə səbəb ola bilər.
Gün ərzində təxminən 80-110 saçın tökülməsi normal hesab edilir. Bundan artıq tökülmə müşahidə olunursa, insan müayinə olunmalıdır. Anemiya, D vitamini və B12 vitamini, dəmir, biotin çatışmazlığı, tiroid, hormonal xəstəliklər saç tökülməsinə gətirib çıxarır.
Saçı düzgün yığmadıqa başın müxtəlif nahiyələrində seyrəlmə müşahidə olunur. Bəzən saçın gərilərək sıx toplanması da keçəlliyə yol açır. Bu səbəbdən saçı dartmadan topuz yığmaq lazımdır.