Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Real'' Beyla aid təklif almayıb

''Real'' Beyla aid təklif almayıb

Tarix: 6 Sentyabr 2020 18:16

Bakı. Trend:

İspaniyanın "Real" futbol klubuna forvardı Qaret Beyla aid təklif daxil olmayıb.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə klubun rəsmiləri xəbər verib.

Daha əvvəl oyunçu klubdan ayrılmaq istədiyini açıqlayıb. 31 yaşlı futbolçunun sözlərinə görə, “Real” bütün gələn transfer təkliflərini blok edib.

Q.Beyl "Real Madrid"in ən çox maaş alan futbolçusudur və maaşının azaldılması ilə razı deyil, bu səbəbdən də digər klublar onu almaq istəmirlər. İngilis “Tottenhem”in baş məşqçisi Joze Mourinyonun onun transferi ilə maraqlansada, klub rəhbərliyinin böyük məbləğlər xərcləməyə hazır olmadığı bildirilir.

Xatırladaq ki, futbolçunun "Real"la müqaviləsi 30 iyun 2022-ci il tarixinədək qüvvədədir. "Transfermarkt" portalının məlumatına görə, hücumçunun transferi 32 milyon avroya qiymətləndirilir.


Etiketlər:  Real Beyla təklif almayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ