Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2019 12:18
Bakı. Trend:
Aprelin 24-də Moskva şəhərində VIII beynəlxalq təhlükəsizlik konfransının rəsmi açılış mərasimi keçirilib.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Rusiya Federasiyasının Müdafiə Nazirliyi tərəfindən keçirilən tədbirdə 111 ölkədən və müxtəlif beynəlxalq təşkilatlardan mindən artıq nümayəndə iştirak edir.
Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyətinin də iştirak etdiyi forum çərçivəsində keçirilən plenar iclaslarda qlobal və regional təhlükəsizlik məsələləri, sülhməramlı fəaliyyətlər, hərbi əməkdaşlığın genişləndirilməsi, eləcə də müasir dünyada mövcud olan hərbi təhlükələr və təhdidlər müzakirə olunur.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin