Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Kişiciklər qadınlarına ləkə yaxıb namussuz damğası vururlar''

''Kişiciklər qadınlarına ləkə yaxıb namussuz damğası vururlar''

Tarix: 7 Sentyabr 2020 10:40

Son zamanlar cəmiyyətimizdə qadın qətilləri artıb. Bu, dəhşətdir. Buna bir dur deyən tapılacaqmı?

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva  sosial şəbəkədə yazıb. Aktrisa qadına şiddətdən bəhs edərkən bunları əlavə edib:

"Psixologiyasına hakim ola bilməyən, tufeyli həyat yaşayan kişiciklər öz uğursuzluqlarının qisasını qadınlardan alırlar. Cəmiyyətin mental düşüncələrinə arxalanaraq özlərini müdafiə etmək üçün qadınlarına ləkə yaxıb namussuz damğası vururlar. Bu, artıq get-gedə adi hal almağa başlayıb. Acınacaqlı və çox qorxuludur. Əgər bunun qarşısı alınmasa, artıq heç bir qadın bundan sığortalana bilməyəcək. Əgər qadın və kişi həqiqətən xəyanət edibsə, cinayyət məsuliyyətinə cəlb olunsun. Qadın hüquqlarını müdafiə edən qurumlar ayılmalı və müvafiq tədbirlər görməlidirlər. Qadın qatillərinə son deyilməlidir, cəzalar sərtləşdirilməlidir".


Etiketlər:  Kişiciklər qadınlarına ləkə yaxıb namussuz damğası vururlar


RƏYLƏR