Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Sentyabr 2020 12:52
Ölkəmizdə COVİD- 19 epidemiyasına ilk yoluxma faktı aşkar olunduğu müddətdən 6 ay keçir. O vaxtdan bəri toylarla bağlı qadağa qüvvədən hələ də düşməyib.
Karantin illərdir övladının toyunu gözləyən valideynlərin, sevdiyi insana qovuşmaq üçün gün sayan şəxslərin hələ də arzusunu ürəyində qoyur. Lakin Azərbaycanda yoluxma sayının xeyli aşağı düşməsi bu qəbildən olan insanların ümidlənməsinə səbəb olub. Bunu paytaxtın bir neçə şadlıq evləri arasında apardığımız sorğu zamanı da öyrəndik. Bəli, yoluxma sayının aşağı düşməyindən ürəklənib yer bron edənlər var.