Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Unibank pandemiyadan zərər görən sahibkarlara dövlət dəstəyi ilə ilk güzəştli kredit verib

Unibank pandemiyadan zərər görən sahibkarlara dövlət dəstəyi ilə ilk güzəştli kredit verib

Tarix: 7 Sentyabr 2020 17:36

Bakı. Trend:

Unibank pandemiyadan zərər görmüş sahibkarlara Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına ilk güzəştli kredit ayırıb. Elektrotexnika satışı ilə məşğul olan şirkət sahibi güzəştli şərtlərlə verilmiş kredit faizinin cəmi 7,5%-ni özü ödəyəcək.

Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi qaydasına uyğun olaraq, dövlət dəstəyi iki istiqamət üzrə ediləcək. Birinci güzəşt, pandemiyadan zərər çəkmiş biznes sahiblərinin mövcud kredit faizlərinin subsidiyalaşmasını nəzərdə tutur. Bu halda, mart ayından başlayaraq 1 il ərzində (2021-ci ilin martınadək) kredit faiznin 10%-i həcmində subsidiya ödəniləcək. İkinci dəstək – pandemiyadan zərər çəkmiş biznes sahiblərinə güzəştli kreditlərin verilməsidir. Şərtlərə görə, güzəştli kredit 3 il müddətinə və 15%-dən yuxarı olmayaraq ayrılır. Bu halda kredit faizlərinin 50%-ni dövlət güzəşt edir. Məsələn, bank sahibkara 15%-lə kredit verir və bu faizin yarısını- yəni 7,5%-ni dövlət ödəyir.

Pandemiyadan zərər çəkmiş biznes sahibləri dövlət zəmanəti və faiz subsidiyası ilə güzəştli kredit almaq üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin “Elektron kredit platforması” üzərindən (E-edf.gov.az) müvəkkil bank qismində “Unibank”ı seçməklə, müraciət edə bilərlər.

Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 10.00-dan 17.00-dək “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül”, “Yasamal”, 15 saylı, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filiallar və “Unibank- biznes mərkəzi”nə, eləcə də “Unibank”ın bölgə filiallarına müraciət edə bilərlər. Ətraflı məlumatı (012) 117 nömrəli telefondan və http://www.unibank.az/az/corporate-clients əldə etmək olar.

Unibank-Biznesinizə daimi dəstək!


Etiketlər:  Unibank pandemiyadan zərər görən sahibkarlara dövlət dəstəyi ilə güzəştli kredit verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ