Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Sentyabr 2020 18:06
İspaniya millisinin üzvü Ansu Fati yığmanın tarixinə düşüb.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, UEFA Millətlər Liqasının 2-ci turunda evdə Ukraynaya 4:0 hesabı ilə qalib gələn ispanların 3-cü qolunu vuran gənc futbolçu rekorda imza atıb.
32-ci dəqiqədə fərqlənən yarımmüdafiəçi millinin tarixində qol vuran ən gənc futbolçu olub. Barcelona-nın futbolçusu 17 yaş 311 günlüyündə buna nail olub. O, bununla 95 illik rekordu yeniləyib. Əvvəlki rekord 1925-ci ildə İsveçrə ilə oyunda qol vuran Xuan Errazquinə məxsus idi. O, 18 yaş 344 günlüyündə fərqlənib.