Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İki futbolçu İngiltərə millisinin heyətindən kənarlaşdırıldı

İki futbolçu İngiltərə millisinin heyətindən kənarlaşdırıldı

Tarix: 7 Sentyabr 2020 18:58

İngiltərə millisinin futbolçuları Meyson Qrinvud və Fil Foden yığmanın heyətindən kənarlaşdırılıblar.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, buna onların karantin qaydalarını pozması səbəb olub.

Futbolçular sabah UEFA Millətlər Liqasının 2-ci turunda Danimarka ilə keçirəcəkləri matçın hazırlıqlarına qatılmayıblar. Onlar Reykyavikdə qaldıqları otelə qadınlar dəvət ediblər.

Buna görə millinin heyətindən kənarlaşdırılan Qrinvud və Foden Danimarka ilə oyunda iştirak etməyəcəklər.

Qeyd edək ki, hər iki futbolçu UEFA Millətlər Liqasının 1-ci turunda İslandiya ilə matçda (0:1) debüt ediblər.

 


Etiketlər:  İki futbolçu İngiltərə millisinin heyətindən kənarlaşdırıldı


RƏYLƏR