Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan, Türkmənistan və Əfqanıstan “Lapis Lazuli” nəqliyyat dəhlizinin operatorlarını təyin edir

Azərbaycan, Türkmənistan və Əfqanıstan “Lapis Lazuli” nəqliyyat dəhlizinin operatorlarını təyin edir

Tarix: 8 Sentyabr 2020 20:32

Azərbaycan, Türkmənistan və Əfqanıstan "Lapis Lazuli" (Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə) beynəlxalq tranzit-nəqliyyat layihəsinin reallaşdırılması məsələsini müzakirə edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, üç ölkənin nəqliyyat sahəsinin nümayəndələri arasında keçirilmiş onlayn görüş zamanı nəqliyyat-logistika prosesinin optimallaşdırılması, bütün iştirakçılar üçün iqtisadi və maliyyə şərtlərinin yaradılması, yükdaşımaları üçün vahid qiymət siyasətinin tətbiq olunması məsələləri müzakirə olunub.

Bundan başqa, layihənin hər iştirakçısı tərəfindən vahid operatorun və ümumi tarif dərəcəsinin təyin olunması məsələləri müzakirə mövzusu olub.

Milli.Az


Etiketlər:  Azərbaycan Türkmənistan Əfqanıstan Lapis Lazuli nəqliyyat dəhlizinin operatorlarını təyin edir


RƏYLƏR