Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Google Phone-un zəng qeyd etmə xüsusiyyəti bəzi Xiaomi cihazlarına əlavə olundu

Google Phone-un zəng qeyd etmə xüsusiyyəti bəzi Xiaomi cihazlarına əlavə olundu

Tarix: 8 Sentyabr 2020 22:56

Xiaomi istifadəçilərinin forumlarda paylaşdıqlarına görə, Google Phone-un zəng qeyd etmə xüsusiyyəti Çin markasının bəzi cihazlarına əlavə edildi. Bəzi Redmi modellərində istifadə edilə bilən xüsusiyyətin digər Xiaomi cihazlarına nə zaman əlavə ediləcəyi hələ bəlli deyil.

Milli.Az ted.az-a istinadən bildirir ki, Google-un zəng qeyd etmə xüsusiyyəti üzərində işlədiyi barədə ilk söz-söhbətlər keçən yanvar ayında ortaya çıxdı. Gözlənildiyi kimi əvvəlcə Google Pixel seriyasına əlavə olunan və daha sonra Android One layihəsinin bir hissəsi olan bir neçə Nokia cihazı da bu xüsusiyyəti əldə etdi. İndi bəzi Xiaomi istifadəçilərinin Telefon tətbinin səsyazma qeyd xüsusiyyətindən istifadə edə biləcəyi məlum oldu.

PiunikaWeb tərəfindən verilən məlumata görə Google Phone tətbiqindəki səsyazma qeyd etmə xüsusiyyəti hazırda Redmi Note 8 Pro, Redmi Note 9S və Redmi Note 9 Pro smartfonlarının qlobal variantlarında mövcuddur. Ancaq MIUI əvəzinə Android One istifadə edən Mi A seriyası da bu xüsusiyyəti son aylarda əldə etdi. Əslində Xiaomi Çin, Hindistan və İndoneziya bölgəsindəki istifadəçilərinə uzun müddətdir ki, MIUI vasitəsilə zəng qeyd etmə xüsusiyyəti təqdim edir. Ancaq bu xüsusiyyət Avropada və qalan bölgələrdə satılan cihazlara daxil edilməmişdi.

Milli.Az


Etiketlər:  Google Phone un zəng qeyd etmə xüsusiyyəti bəzi Xiaomi cihazlarına əlavə olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ