Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Sentyabr 2020 15:36
Bakı. Trend:
Rusiyada bu gün “Sputnik V” koronavirus vaksininin kliniki sınaqlarının üçüncü mərhələsi başlayır.
Trend-in məlumatına görə, bunu ölkənin səhiyyə naziri Mixail Muraşko deyib.
Nazir bildirib ki, Rusiya, həmçinin dünyada ilk dəfə olaraq peyvəndlənən şəxslərin qeydiyyata alınacağı informasiya resursunu və mobil tətbiqi işə salır.
Sınaqların üçüncü mərhələsində 40 min könüllünün iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, Rusiya dünyada ilk koronavirus vaksinini avqustun 11-də qeydiyyatdan keçirib.