Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Sentyabr 2020 23:06
Norveç "Molde"si Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"la oyunun Kiprin Larnaka şəhərinə salınması qərarına münasibət bildirib.
Qol.az xəbər verir ki, bu barədə klubun direktoru Ole Erik Stavrum "Sporten.com" nəşrinə açıqlamasında deyib:
"Bu, ən yaxşı həlldir. Kipr karantin olmadan geri döndüyümüz sarı zona ölkələrindəndir. Amma vəziyyət dəyişə də bilər. Biz hər şeyə hazırıq. İstənilən halda, qərara görə sevinirik. Uçuş və otel rezervasiyası barədə düşünməyə vaxtımız olacaq".