Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2019 13:12
"Yuventus"un futbolçusu Kriştiano Ronaldo Turin klubunun rəhbərliyi ilə yay transfer pəncərəsinin planlarını müzakirə edib.
Qol.az-ın "Corriere dello Sport"a istinadən yaydığı xəbərə görə, portuqaliyalı hücumçu söhbət zamanı altı futbolçunun transferini məsləhət görüb.
34 yaşlı oyunçunun siyahısının ilk pilləsində həmyerlisi hücumçu Joau Feliş ("Benfika") yer alıb. Bundan başqa, Ronaldo yarımmüdafiəçi İsko, müdafiəçi Rafael Varan (hər ikisi "Real"), müdafiəçi Kostas Manolas ("Roma") və yarımmüdafiəçi Tanqay N'Dombelenin ("Lion") "Yuventus"a transfer olunmağını istəyir. O hesab edir ki, bu futbolçular komandanı daha da gücləndirəcək və növbəti mövsüm Çempionlar Liqasında uğur qazanmağa kömək edəcək.
Bildirilir ki, bütün namizədləri Ronaldo baş məşqçi Massimiliano Alleqri ilə müzakirə edib.