Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fədayənin Bakıdan köçmə xəbərlərinə İlahə Fədadan reaksiya

Fədayənin Bakıdan köçmə xəbərlərinə İlahə Fədadan reaksiya

Tarix: 10 Sentyabr 2020 19:50

Müğənni İlahə Fəda bacısı Fədayə Laçının Rusiyaya köçməsi barədə yayılan xəbərlərə aydınlıq gətirib.

O, "ölkə.az"a açıqlamasında bunun həqiqətə uyğun olmadığını, tamamilə yanlış məlumat olduğunu bildirib:

"Bu, yalan məlumatdır. Sadəcə, Fədayə karantindən əvvəl bir neçə məclisdə iştirak etmək üçün Rusiyaya səfər edib. Sonra sərhədlər bağlandığı üçün, o, Azərbaycana qayıda bilmədi. Hazırda isə burada el şənliklərinin keçirilməsi qadağa olduğu üçün, Fədayə orada qalıb. Moskvada məclislərin keçirilməsinə heç bir qadağa yoxdur, o, orada rahat şəkildə dəvət olunduğu məclislərdə iştirak edir. İşləri bitdikdən sonra o, yenidən öz vətəninə Azərbaycana qayıdacaq",- deyə ifaçı fikrini tamamlayıb.

Qeyd edək ki, müğənni Fədayə Laçının Rusiyaya köçməsi barədə ilk xəbəri "Axşam.az" saytı yayıb.


Etiketlər:  Fədayənin Bakıdan köçmə xəbərlərinə İlahə Fədadan reaksiya


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ