Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Sentyabr 2020 15:10
Əməkdar artist Nailə İslamzadə obyektiv qarşısına keçib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, məşhur aparıcı fərqli görünüşü ilə diqqət çəkib. Onun stili üzərində Elnur Həsənov çalışıb. N.İslamzadənin fotolarının müəllifi isə Niko Abbasovdur.
Aparıcı şəkilləri ilə bağlı "Ən yaxşı foto təsadüfən tutulan andır. Müxtəlif saytlardan xahiş edirəm, səhifəmdəki şəkilləri "Nailə xanım belə dəyişdi" deyə, paylaşmasınlar. Nailə xanım dəyişməyib, bu sadəcə baxışın, işığın və stilin işidir. Əsas olan insanın xaricdən deyil, daxildən özünə baxa bilməsidir" sözlərini bildirib.