Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Püşkün tarixi və yeri müəyyənləşdi - Avro-2024

Püşkün tarixi və yeri müəyyənləşdi -  Avro-2024

Tarix: 11 Sentyabr 2020 16:16

2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinin püşkatmasının tarixi və yeri müəyyənləşib.

Qol.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, püşk Hamburq şəhərində olacaq. 

24 komandanın qatılacağı püşkatma mərasimi 2023-cü ilin dekabrında Elbe Filarmoniyasında keçiriləcək.

Qeyd edək ki, Avro-2024-ün matçları Almaniyanın Berlin, Dortmund, Düsseldorf, Hamburq, Gelzenkirxen, Köln, Leyptsiq, Münhen, Frankfurt-Mayn və Ştuttqart şəhərlərində olacaq.

 


Etiketlər:  Püşkün tarixi yeri müəyyənləşdi Avro 2024


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ