Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Neftçi'' – ''Qalatasaray'' matçının stadionu dəyişdi

''Neftçi'' – ''Qalatasaray'' matçının stadionu dəyişdi

Tarix: 11 Sentyabr 2020 20:18

Avropa Liqasının ikinci təsnifat mərhələsinin "Neftçi" - "Qalatasaray" oyununun məkanı dəyişib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu haqda "Neftçi"nin rəsmi saytı məlumat yayıb. Oyun əvvəlcə "Bakcell Arena"da keçirilməli idi. Lakin hər iki klubun razılığı ilə matçın Bakı Olimpiya Stadionunda təşkil olunması haqda UEFA-ya müraciət edilib. Avropanın ali futbol qurumu pandemiya dövründə BOS-un geniş infrastruktur imkanlarını nəzərə alaraq oyunun həmin arenada keçirilməsinə razılıq verib.

Qeyd edək ki, sentyabrın 17-də baş tutacaq görüş saat 20:00-da start götürəcək.

Milli.Az


Etiketlər:  Neftçi Qalatasaray matçının stadionu dəyişdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ