Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Peruda ölkə prezidentinin impiçment prosesi başlayıb

Peruda ölkə prezidentinin impiçment prosesi başlayıb

Tarix: 12 Sentyabr 2020 09:28

Bakı. Trend:

Peru parlamenti ölkə prezidenti Martin Viskarranın impiçment prosesinə start verib.

Trendi-in məlumatına görə, Konqresin son iclasında keçirilmiş səsvermədə deputatlardan 65-i qərarın lehinə, 35-i isə əleyhinə səsə verib.

Qeyd olunub ki, bununla əlaqədar olaraq parlamentin sentyabrın 18-də keçiriləcək iclasında M.Viskarra sualları cavablandırmaq üün iştirak edəcək. Peru prezidenti korrupsiyada ittiham olunur.

Qeyd edək ki, Perunun əvvəlki prezidenti Pedro Pablo Kuçinski də impiçment qərarından sonra, 2018-ci ildə istefa vermişdi.


Etiketlər:  Peruda ölkə prezidentinin impiçment prosesi başlayıb


RƏYLƏR