Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Neftçi'' - ''Qalatasaray'' matçının keçiriləcəyi yer dəyişdi

''Neftçi'' - ''Qalatasaray'' matçının keçiriləcəyi yer dəyişdi

Tarix: 12 Sentyabr 2020 14:36

Bakı. Trend:

Avropa Liqasının ikinci təsnifat mərhələsinin "Neftçi” – "Qalatasaray” oyunu "Bakcell Arena”da keçirilməli idi. Lakin hər iki klubun razılığı ilə matçın Bakı Olimpiya Stadionunda (BOS) təşkil edilməsi barədə UEFA-ya müraciət olunub.

Trend-in məlumatına görə, Avropanın ali futbol qurumu pandemiya dövründə BOS-un geniş infrastruktur imkanlarını nəzərə alaraq oyunun həmin arenada keçirilməsinə razılıq verib.

Sentyabrın 17-də baş tutacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


Etiketlər:  Neftçi Qalatasaray matçının keçiriləcəyi dəyişdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ