Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Sentyabr 2020 14:40
Avropa Liqasının ikinci təsnifat mərhələsinin "Neftçi" - "Qalatasaray" oyunu "Bakcell Arena"da keçirilməli idi. Lakin hər iki klubun razılığı ilə matçın Bakı Olimpiya Stadionunda (BOS) təşkil edilməsi barədə UEFA-ya müraciət olunub.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, Avropanın ali futbol qurumu pandemiya dövründə BOS-un geniş infrastruktur imkanlarını nəzərə alaraq oyunun həmin arenada keçirilməsinə razılıq verib.
Sentyabrın 17-də baş tutacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.