Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Sentyabr 2020 14:32
Bu gün AFFA-nın inzibati binasında Peşəkar Futbol Liqasının prezidenti vəzifəsinə növbəti seçki keçirilib.
Qol.az xəbər verir ki, seçkidə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, PFL prezidenti Ramin Musayev və klub nümayəndələri iştirak ediblər.
Nəticələrə əsasən Peşəkar Futbol Liqasının hazırki prezidenti Ramin Musayev növbəti 4 ildə də eyni vəzifədə fəaliyyət göstərəcək. Klub nümayəndələri yekdilliklə Ramin Musayevin yenidən seçilməsinin lehinə səs veriblər.
Qeyd edək ki, Ramin Musayev PFL yaranandan – 2008-ci ildən bəri prezident səlahiyyətlərini icra edir.
Yuxarı