Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İşəgötürənlər bəzi cərimələri ödəməkdən azad olunacaqlar

İşəgötürənlər bəzi cərimələri ödəməkdən azad olunacaqlar

Tarix: 14 Sentyabr 2020 15:46

Əmək qanunvericiliyinin tələblərinin pozulmasına görə işəgötürənlərə qarşı bəzi cərimələrin şərti olaraq tətbiq edilməsi nəzərdə tutulur.

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan layihədə bununla bağlı təklif yer alıb.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, təklif qəbil edildiyi halda, işəgötürən əmək qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqəli yol verdiyi nöqsanları müəyyən edilmiş müddətdə aradan qaldırmaqla, bəzi cərimələri ödəməkdən azad olacaq.

Təklif mahiyyət etibarilə işəgötürənlərə müvafiq sahədə güzəştli yanaşmanın tətbiqinə, eyni zamanda, əmək qanunvericiliyində nəzərdə tutulan bu və ya digər tələbləri pozduqları halda bu pozuntuları dərhal aradan qaldırmalarını stimullaşdırmağa yönəlib.


Etiketlər:  İşəgötürənlər bəzi cərimələri ödəməkdən azad olunacaqlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ