Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Sentyabr 2020 22:40
Bakı. Trend:
Rusiya və Türkiyə arasında 15-16 sentyabr tarixlərində Suriya və Liviyadakı vəziyyətlə bağlı məsləhətləşmələrin növbəti raundu keçiriləcək.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildiriblər.
Məlumatda deyilir: "Suriya və Liviya ilə əlaqəli məsləhətləşmələr Türkiyə və Rusiya idarələrarası nümayəndə heyətləri arasında 15-16 sentyabr tarixlərində Ankarada texniki səviyyədə davam edəcək".
Qeyd edək ki, məsləhətləşmələrin bundan öncəki raundu 31 avqust - 1 sentyabr tarixlərində Moskvada keçirilib.