Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan nefti ucuzlaşır

Azərbaycan nefti ucuzlaşır

Tarix: 15 Sentyabr 2020 14:56

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 14-də 39,91 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,59 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 39,39 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,58 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 37,77 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,62 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 38,4 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,65 dollar/barel azdır.


Etiketlər:  Azərbaycan nefti ucuzlaşır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ