Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Sentyabr 2020 18:02
"Sevilya" "Sportinq"in sol cinah müdafiəçisi Markos Akunayı transfer edib.
Qol.az İspaniya klubunun rəsmi saytına istinadən xəbər verir ki, əndəlüslər bu keçid üçün 10+2 milyon avro təzminat ödəyib. Argentina millisinin üzvü ilə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Lissabon təmsilçisi 28 yaşlı futbolçunu 2017-ci ildə Argentinanın "Rasinq" klubundan 9,59 milyon avroya transfer edib.