Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Çempionlar Liqasında pley-off cütləri müəyyənləşdi - Yenilənib

Çempionlar Liqasında pley-off cütləri müəyyənləşdi -  Yenilənib

Tarix: 17 Sentyabr 2020 01:22

Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulub.

Qol.az xəbər verir ki, son oyun günündə 5 matç keçirilib.

Turnirdəki təmsilçimiz "Qarabağ" neytral meydanda - Kiprdə Norveç "Molde"si ilə qarşılaşıb. Oyunun əsas və əlavə vaxtında hesab açılmayıb. Norveç təmsilçisi penaltilər seriyasında üstün olaraq (5:6) pley-off mərhələsinə vəsiqə əldə edib.

Kiprdə keçirilən digər oyunda yerli "Omoniya" Serbiyanın "Srvena Zvezda" klubunu qəbul edib. Komandalar matçın əsas vaxtında hərəyə 1 dəfə fərqləniblər. Qalib penaltilər seriyasında müəyyənləşib və "Omoniya" növbəti mərhələyə vəsiqəni təmin edib - 4:2.

Macarıstan təmsilçisi "Ferentsvaroş" öz meydanında Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası ilə qarşılaşıb. Görüşdən 2:1 hesabı ilə qalib ayrılan "Ferentsvaroş"  pley-offda "Molde"  üz-üzə gələcək.

Digər oyunlarda isə "Makkabi" (Təl-Əviv, İsrail) "Dinamo"dan (Brest, Belarus), “Midtüllann” (Danimarka) “Yanq Boyz”dan (İsveçrə) üstün olub.

Qeyd edək ki, qalib gələn komandalar Çempionlar Liqasının pley-offuna yüksəlməklə yanaşı, ən azı Avropa Liqasının qrup mərhələsində iştiraklarını təmin ediblər.

16 sentyabr

UEFA Çempionlar Liqası

3-cü təsnifat mərhələsi

19:00. "Omoniya" (Kipr) - "Srvena Zvezda" (Serbiya) 1:1 (penaltilər - 4:2)
Qollar: Lüftner, 31 - İvaniç, 45+1

21:00. "Ferentsvaroş" (Macarıstan) - "Dinamo" (Zaqreb, Xorvatiya) 2:1
Qollar
: Lovrençiç, 2, Uzuni, 65 - Qoyak, 23

21:00. "Makkabi" (Təl-Əviv, İsrail) - "Dinamo" (Brest, Belarus) 1:0
Qollar:
Biton, 50 pen.

21:00. "Qarabağ" (Azərbaycan) - "Molde" (Norveç)  0:0 (penaltilər - 5:6)

22:30. “Midtüllann” (Danimarka) - “Yanq Boyz” (İsveçrə) 3:0
Qollar:
Lefort, 51, Dreyer, 62, Mabil, 84



Pley-off mərhələsinin cütlükləri

Çempionlar yolu

“Slaviya” (Çexiya) - “Midtülland” (Danimarka)

“Makkabi” (Təl-Əviv, İsrail) - “Zalsburq” (Avstriya)

“Olimpiakos” (Yunanıstan) - “Omoniya” (Kipr)

“Molde” (Norveç) - “Ferensvaroş” (Macarıstan)

Liqa yolu

“Krasnodar” (Rusiya) – PAOK (Yunanıstan)

“Gent” (Belçika) - “Dinamo” (Ukrayna)

Qeyd edək ki, əvvəlki mərhələlərdən fərqli iki matçdan ibarət pley-offun ilk oyunları sentyabrın 22-23-də, cavab qarşılaşmaları 29-30-da keçiriləcək.

 


Etiketlər:  Çempionlar Liqasında pley off cütləri müəyyənləşdi Yenilənib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ