Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Neftçi”yə yuxarıdan aşağı baxmaq olmaz" - Fatih Terim

Tarix: 16 Sentyabr 2020 12:16

Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq “Qalatasaray"ın baş məşqçisi Fatih Terim oyun haqda fikirlərini bildirib.

Qol.az xəbər verir ki, Türkiyə klubunun çalışdırıcısı yerli mətbuata qısa açıqlamasında "ağ-qaralar"la oyuna çox ciddi yanaşdıqlarını deyib:

“Neftçi”yə yuxarıdan aşağı baxmaq olmaz. Bakıya qələbə dalınca gedirik. Bu oyunun sığortası yoxdur. Rəqib mərhələnin bir oyundan ibarət olmasını fürsət kimi görəcək. Səhv istəmirəm".

Xatırladaq ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Neftçi” – “Qalatasaray” matçı saat 20:00-da start götürəcək. İstanbul təmsilçisi Bakıya bu gün gələcək.

 


Etiketlər:  Neftçiyə yuxarıdan aşağı baxmaq olmaz Fatih Terim


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ