Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Sentyabr 2020 12:16
Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq “Qalatasaray"ın baş məşqçisi Fatih Terim oyun haqda fikirlərini bildirib.
Qol.az xəbər verir ki, Türkiyə klubunun çalışdırıcısı yerli mətbuata qısa açıqlamasında "ağ-qaralar"la oyuna çox ciddi yanaşdıqlarını deyib:
“Neftçi”yə yuxarıdan aşağı baxmaq olmaz. Bakıya qələbə dalınca gedirik. Bu oyunun sığortası yoxdur. Rəqib mərhələnin bir oyundan ibarət olmasını fürsət kimi görəcək. Səhv istəmirəm".
Xatırladaq ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Neftçi” – “Qalatasaray” matçı saat 20:00-da start götürəcək. İstanbul təmsilçisi Bakıya bu gün gələcək.