Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zaqatalada fındıq oğruları saxlanılıb (FOTO)

Zaqatalada fındıq oğruları saxlanılıb (FOTO)

Tarix: 16 Sentyabr 2020 12:24

Bakı. Trend:

Zaqatala Rayon Polis Şöbəsinə rayonun Əliabad qəsəbəsində yerləşən, MMC-lərdən birinə məxsus fındıq emalı müəssisəsinə iki nəfər naməlum şəxsin oğurluğa girdikləri barədə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Məlum olub ki, oğurluq məqsədilə zavoda girən şəxslər mühafizəçinin onları gördüyü zaman oğurlamaq istədikləri fındıqla dolu kisələri həyətə atıb, qaçaraq oradan uzaqlaşıblar. Keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində zavoddan oğurluq etmək istəyən şəxslərin rayonun Faldarlı kənd sakinləri- əvvəllər də oğurluğa görə dəfələrlə məhkum olunmuş Hakim Hacıyev və İsrail Səfərov olduqları müəyyən olunub. Onlar şübhəli şəxs qismində saxlanılıb və törətdikləri cinayət əməlini etiraf ediblər.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxslərin digər cinayət əməllərində iştiraklarının olub-olmaması araşdırılır.

Zaqatalada fındıq oğruları saxlanılıb (FOTO) - Gallery Image Zaqatalada fındıq oğruları saxlanılıb (FOTO) - Gallery Image


Etiketlər:  Zaqatalada fındıq oğruları saxlanılıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ