Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyun 2019 13:00
Bakı. Trend:
ABŞ Hərbi Dəniz Qüvvələrinin "Karni" esminesi Qara dənizə daxil olub.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə gəmilərin hərəkətini izləyən "MarineTraffic" xidməti bildirir.
Birləşmiş Ştatların 6-cı donanmasından bildiriblər ki, HDQ-yə məxsus gəmi "Sea Breeze 2019" hərbi-dəniz təlimlərində iştirak edəcək.
Qeyd edək ki, "Sea Breeze 2019" hərbi-dəniz təlimləri iyulun 1-i strat götürür. Təlimlərdə 19 ölkənin 32 gəmisi və 24 təyyarəsi iştirak edəcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin