Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Sentyabr 2020 17:08
Azərbaycan bu gün öz mədəniyyəti ilə dünyada tanınır.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında deputat Ülviyyə Ağayeva deyib.
Onun sözlərinə görə, "Yaradıcı təşkilatlar haqqında" qanun layihəsinin hazırlanmasına böyük ehtiyac var. Deputat qeyd edib ki, gənc rəssamların bugünkü durumu qənaətbəxş deyil, onlara diqqət və qayğı lazımdır:
"Xüsusi qurumlar olmalıdır ki, bununla məşğul olsun. Bizim mühacirətdə olan rəssamlarımız var. Ancaq onların adları heç bir yerdə hallanmır. Təklif edirəm ki, Azərbaycanda mədəniyyət xadimləri ilə bağlı ensiklopediya hazırlansın".