Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Sentyabr 2020 11:20
Bakı. Trend:
Paytaxtın Sabunçu rayonunda xüsusi karantin rejimi qaydalarına əməl etməyən, müəyyən olunan vaxtdan kənar, sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan restoran aşkarlanıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, “102 Zəng Mərkəzi”nə daxil olan məlumat əsasında Sabunçu RPİ-nin Post Patrul Xidməti Bölüyü və 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə sanitar-epidemioloji normaları pozan 6 nəfər müəyyən olunaraq, müvafiq polis bölməsinə dəvət olunublar.
Mövcud qayda və tələblərlə bağlı sahibkarlıq subyektinin rəhbəri və xidmət personalı və müştəriləri zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji normalarla bağlı məlumatlandırılıb.
İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə onların hər biri barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.