Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səfir: ''İtaliya-Azərbaycan ticarət dövriyyəsi 30 faiz azalıb''

Səfir: ''İtaliya-Azərbaycan ticarət dövriyyəsi 30 faiz azalıb''

Tarix: 18 Sentyabr 2020 12:21

Pandemiya Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsinə təsir göstərib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari "Aİ-Azərbaycan 2020-2022" onlayn biznes forumunda deyib.

Onun sözlərinə görə, 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 5,5 milyard dollar təşkil etmişdi, 2020-ci ilin birinci rübündə isə bu rəqəm 2 milyard dollara bərabər olub ki, bu da 30 faiz azalma deməkdir:

"Amma, buna baxmayaraq, ölkələr arasında planlaşdırılmış bütün layihələr davam edir və təyin olunmuş müddətlərdə başa çatacaq. İtaliya şirkətləri Azərbaycanda layihələrin reallaşdırılmasına daha çox maraq göstərir".

A.Massari qeyd edib ki, İtaliya və Azərbaycan əsasən enerji sektorunda əməkdaşlıq edir, amma ölkələr arasında qeyri-enerji sahələrində fəaliyyət göstərən italyan şirkətlərinin də Azərbaycana cəlb olunması üçün proqram işə salınıb.

Səfir əlavə edib ki, pandemiyaya baxmayaraq, Azərbaycanda biznesin inkişafı üçün tədbirlər davam etdirilir.


Etiketlər:  Səfir İtaliya Azərbaycan ticarət dövriyyəsi faiz azalıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ