Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident İlham Əliyev Nepal Prezidentini təbrik edib

Prezident İlham Əliyev Nepal Prezidentini təbrik edib

Tarix: 18 Sentyabr 2020 15:09

Prezident İlham Əliyev Nepal Federativ Demokratik Respublikasının Prezidenti Bidhya Devi Bhandariyə təbrik məktubu göndərib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir: "Hörmətli xanım Prezident, Nepal Federativ Demokratik Respublikasının milli bayramı - Konstitusiya Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin, beynəlxalq təsisatlar, xüsusən də Qoşulmama Hərəkatı çərçivəsində əlaqələrin inkişafı üçün yaxşı imkanlar mövcuddur.

Bu xoş gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza daim rifah və əmin-amanlıq arzulayıram".


Etiketlər:  Prezident İlham Əliyev Nepal Prezidentini təbrik edib


RƏYLƏR