Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Həkimlərimizi tanıyın!” - Tibb üzrə fəlsəfə doktoru Aynur Səfiyeva

“Həkimlərimizi tanıyın!” - Tibb üzrə fəlsəfə doktoru Aynur Səfiyeva

Tarix: 18 Sentyabr 2020 15:45

Bakı. Trend:

“Həkimlərimizi tanıyın!” rubrikamızda Sizə Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı ümumi cərrahı, pasiyentlərin böyük rəğbətini qazanmış tibb üzrə fəlsəfə doktoru Aynur Səfiyevanı təqdim edirik. Dr.Aynur Səfiyeva hazırda Hospitalda COVİD-19 xəstələrinin müalicəsi ilə məşğul olur.

Cərrah Aynur Səfiyeva ümumi cərrahi əməliyyatlar, yoğun bağırsaqlarda açıq və laparoskopik əməliyyatlar, kolorektal cərrahiyyə, bütün növ proktoloji əməliyyatlar, abdominoplastika, anal kanal patalogiyalarının diaqnostikası və bütün növ endoskopik müdaxilələr üzrə ixtisaslaşmışdır.

Azərbaycan Dövlət Tibb Universitetini fərqlənmə diplomu ilə bitirən AYNUR SƏFİYEVA 1997-1998-ci illərdə Ə.D. Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında cərrahiyyə ixtisası üzrə internatura keçmişdir. O, 2004-2007-ci illərdə Səudiyyə Ərəbistanın Cizan şəhərində ümumi cərrahiyyə üzrə rezidentura proqramını bitirib. Bu zaman Aynur həkim həm də Gürcüstanın Tiflis şəhərində 1 saylı klinik xəstəxanasında cərrahiyyə üzrə diplomdansonrakı biriklərini təkmilləşdirib. O, həmçinin Türkiyə, İtaliya, Avstriyada da Kolorektal cərrahiyyə üzrə ixtisasartırma və təkmilləşdirmə kurslarında iştirak edib.

Dr. Aynur Səfiyeva ümumi cərrah kimi tibb fəaliyyətinə 1998-ci ildə Ə.D Məlikov adına 6 saylı Şəhər Kliniki Xəstəxanasında başlayıb. 2004-2007-ci illərdə Səudiyyə Ərəbistanın Abu-Ariesh Mərkəzi Hospitalında ümumi cərrah-proktoloq, 2007-2009-cu illərdə özəl tibb müəssisəsində konsultant-koloproktoloq kimi çalışıb. Dr. Aynur Səfiyeva 2009-cu ildən etibarən Mərkəzi Gömrük Hospitalında ümumi cərrah kimi çalışaraq uğurlu əməliyyatları ilə pasiyentlərin arasında böyük hörmət və rəğbət qazanıb. O, hal-hazırda “Kolorektal poliplərdə kök hüceyrələrinin kliniki əhəmiyyəti” mövzusunda doktorluq işi üzərində çalışır.

Bir sıra nüfuzlu beynəlxalq tibb dərnəklərin üzvü olan Aynur Səfiyeva Avropa Kolorektal Cərrahi Dərnəyin İdarə heyətinin üzvü və Avropa Koloproktoloji Dərnəyinin Azərbaycan üzrə ilk Milli təmsilçisidir. Həkim haqqında daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/aynur-sefiyeva/. Ətraflı məlumat almaq üçün əlaqə nömrəsi (012) 404 08 08.


Etiketlər:  Həkimlərimizi tanıyın Tibb üzrə fəlsəfə doktoru Aynur Səfiyeva


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ