Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Sentyabr 2020 17:54
Portuqaliya millisinin və "Yuventus"un futbolçusu Kriştianu Ronaldu karyerası ərzində 5-ci dəfə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) mükafatına layiq görülüb.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, bu barədə o, özünün instaqram hesabında yazıb. 35 yaşlı hücumçu 2019-cı ildə dünyanın ən yaxşı bombardiri seçildiyini bildirib.
"İFFHS-in dünyanın ən mükafatını aldığım üçün xoşbəxtəm" - deyə portuqaliyalı oyunçu yazıb.
Qeyd edək ki, bu mükafat bir təqvim ili ərzində milli komanda və klub səviyyəsində ən çox qol vuran futbolçuya təqdim olunur. Ronaldu 2019-cu ildə milli və "Yuventus"da ümumilikdə 21 qol vurub.