Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Sumqayıt" get-gedə daha yaxşı olacaq" - Ayxan Abbasov

Tarix: 19 Sentyabr 2020 22:02

"Maraqlı oyun oldu. Rəqibin son 2 matçdakı performansı göz önündə idi. Biz isə sevinirik ki, ardıcıl ikinci qələbəni qazandıq".

Qol.az xəbər verir ki, bu sözləri  "Sumqayıt"in baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 3-cü turunda evdə "Səbail"ə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis bildirib ki, hər oyuna uduzmamaq üçün çıxırlar:

"İnanırıq ki, get-gedə daha yaxşı olacaq və azarkeşlərimizi sevindirəcəyik. Hər dəfə komandama inandığımı deyirəm. Digər məqsədimiz gəncləri yetişdirərək, ölkə futboluna qazandırmaqdır. Heyətimizdə elə futbolçular var ki, nə zamansa şans versək, onlar oynayanlardan geri qalmayacaqlar".

Abbasov yeni transfer Cavid İmamverdiyevin tezliklə əvvəlki formasına düşəcəyini və yenə sumqayıtlı azarkeşlər tərəfindən seviləcəyini vurğulayıb. Onun sözlərinə görə, İmamverdiyev öz üzərində işləsə, milli komandaya yüksələ bilər. (Report)

 


Etiketlər:  Sumqayıt get gedə daha yaxşı olacaq Ayxan Abbasov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ