Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Alkoqol aludəçisinin 40 yaşına çatdıqda fiziki durumu necə olur?

Alkoqol aludəçisinin 40 yaşına çatdıqda fiziki durumu necə olur?

Tarix: 20 Sentyabr 2020 22:48

Alkoqolun orqanizmə hər yaşda mənfi təsir etməsi aydın məsələdir və bu aludəçilik özünü 40 yaşdan sonra kəskin göstərməyə başlayır. Yaşlı xəstələrlə işləyən psixiatr Toni Rao, alkoqolun beyni qara ciyərdən daha əvvəl məhv etməyə başladığını bildirir. Hələ qara ciyər siroz olmamışdan insan depresiya, özünü idarə etmək kimi böhranlardan keçir.

Sonxeber.net deyerler.org-a istinadən bildirir ki, 40 yaşına çatmış alkoqol aludəçiləri üçün təhlükə təkcə beyin fəaliyyətinin pisləşməsi ilə bitmir, eyni zamanda onların diaqnostikası da çətinləşir. Məsələ bundadır ki, belə insanlarda bu yaşda müşahidə edilən pis əhval-ruhiyyəni çətin xarakterlə bağlayırlar. Həkimlər beyinin, alkoqol qəbulunu dayandırdıqdan altı ay sonra bərpa edə biləcəyini söyləyir. Alkoqol qan damarını genişləndirərək qan hərəkətini sürətləndirməsi digər xəstəliklərlə yanaşı xroniki dəri qızartısı - rozaseya xəstəliiyinə səbəb olur. Alkoqol eyni zamanda ürəyin işləməsinə də mənfi təsir göstərir. Bu zaman ürək klapanlarının işləmə fəaliyyəti tükənərək, ürək çatışmazlığı kimi xəstəliklərə yol açır. İnsan alkoqoldan əl çəkməsə 40 yaşına qədər qara ciyər sirozu ortaya çıxa bilər. Buna görə, toxunulan yalnız bir qisim xəstəliklərə düçar olmamaq üçün, insanın fiziki və mənəvi süqutuna səbəb olan bu mənfi vərdişdən əl çəkmək lazımdır.


Etiketlər:  Alkoqol aludəçisinin yaşına çatdıqda fiziki durumu necə olur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ