Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Sentyabr 2020 13:55
Heydər Əliyev Sarayında çox qadağalar olub. Deyirdilər ki, ətəyi aşağı salıb səhnəyə çıx, düz dayan! Mənim ilk qadağa pozmağım "Yurmula" festivalında oldu. Mikrofonu qoyub arxadan çıxmalı idim, amma səhnədən yerə tullandım.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova "MTV özəl" proqramına qonaq olarkən deyib.
Məşhur müğənni verilişdə bildirib ki, səhnədə çox qadağalarla üzləşib: "Solo konsertdən 1 manat pul qazanan yeganə müğənniyəm. Gəncədə böyük bir konsert keçirmişdik. O zamanlar cəsarətli bir müğənninin şoularına öyrəşməmişdilər. 90-cı illərdə Gəncədə qadın müğənninin səhnədən düşüb tamaşaçıların yanına getməsi riskli idi.
Cavanşir Quliyev (bəstəkar -red.) xəbərdarlıq edirdi ki, səhnədən enmə! Amma məndən asılı olmurdu. Hətta Xalq artisti Niyaməddin Musayevin fanatı Gəncədə onu bıçaqlamışdı. Bu səbəbdən hər kəsdə bir qorxu var idi. Cavanşir Quliyev bunu bilirdi və deyirdi ki, Gəncə tamaşaçısı ciddidir, birdən zarafatlarımı başa düşməz".