Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Sentyabr 2020 17:10
Bakı. Samir Əli - Trend:
Bu gün Səbail rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılan, Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin sabiq rəisi Faiq Bağırov barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı vəsatətə baxılıb.
Trend-in məlumatına görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə vəsatətə baxılıb. Vəsatət araşdırılıb, Faiq Bağırovun ev dustaqlığına buraxılması qərarı qəbul edilməyib. Proses qeyri-müəyyən vaxta təxirə salınıb.
X X X
15.42
Bu gün Səbail rayon Məhkəməsində Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin sabiq rəisi Faiq Bağırov barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı vəsatətə baxılır.
Trend-in məlumatına görə, Faiq Bağırov Səbail rayon məhkəməsinə gətirilib.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Xarici İşlər Nazirliyində keçirdiyi əməliyyat nəticəsində saxlanılan F.Bağırov barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
F. Bağırov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə), 308.1-ci (vəzifə səlahiyyətlərini aşma) və 311.3.2-ci (külli miqdarda rüşvət alma) maddələri ilə təqsirli biliir.