Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Sentyabr 2020 21:15
Müğənni Mina Hüseyn ARB TV-də yayımlanan "Xəbər Ətər" verilişinin qonağı olub.
Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Güllü canlı efirə zəng edərək Minanı sərt tənqid edib.
Sonxeber.net big.az-a istinadla həmin dialoqu təqdim edir.
"Elə oturmaq olmaz. Bütün altın-üstün görünür. Mən sənin şəklini çəkmişəm. Körpələr baxır, kişilər baxır. Qadın qadın kimi oturmalıdır. Şövkət Ələkbərova, Sara Qədimova, Rübabə Muradovamız olub.Hamının da sinəsi, qolu bağlı olub".
Minanın Güllüyə cavabı gecikməyib. Müğənni sərt şəkildə "Sara Qədimovanın dövrü getdi, əziz xanım!. Biz 21-ci əsrdə yaşayırıq. Bəlkə ayaq üstə durum,heç oturmayım".deyərək Güllünü ələ salıb.
Bu sözləri eşidən Güllü "Ola bilər aqressiv danışdım. Bağışlayın üzr istəyirəm" deyərək telefon xəttindən ayrılıb.
Xatırladaq ki, Güllüdən öncə efirə zəng edən əməkdar artist Zöhrə Abdullayeva da, Minanı sərt tənqid edib.