Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kompüter virusu insan ölümünə səbəb olub

Kompüter virusu insan ölümünə səbəb olub

Tarix: 24 Sentyabr 2020 09:00

Düsseldorf Universitetinin xəstəxanasında pasiyent kompüter virusunun qurbanı olub. Bu ölüm tarixdə kiberhücum nəticəsində xəstəxanada ilk ölüm hadisəsidir.
 
Sözügedən hadisə ötən həftə baş verib. Virus hücumuna görə xəstəxana təcili yardıma ehtiyacı olan pasiyentləri qəbul edə bilməyib və qadını qonşu şəhərdəki xəstəxanaya göndəriblər, amma vaxt itkisi nəticəsində həmin qadın ölüb.
 
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, araşdırma nəticəsində məlum olub ki, hakerlər geniş istifadə edilən kommersiya proqramındakı boşluq üzərindən hücum həyata keçiriblər. Nəticədə xəstəxananın şəbəkəsi bloklanıb və bir həftə ərzində planlaşdırılmış əməliyyatlar təxirə salınıb və ağır vəziyyətdə olan pasiyentlər başqa xəstəxanalara göndərilib. Bu halda sistemin blokdan çıxarılması üçün xəstəxanadan ödəniş etmək haqqında tələb olmayıb  və bloklanmış serverlərdən birində Henrix Heyn Universitetinə mesaj ünvanlanıb. Çox güman ki hücumun hədəfi universitet olub. Mesajda kibercinayətkarlarla əlaqə yaratmaq üçün ünvan qeyd edilib, amma orada ödəmə məbləği göstərilməyib.
 
Ünvan aşkar edildikdən sonra polis hakerlərlə əlaqə saxlayıb və məlumat verib ki, onların hücumu xəstəxana və pasiyentlərə zərər vurub. Buna cavab olaraq hakerlər şəbəkənin blokdan çıxarılması üçün açar göndəriblər və bir daha əlaqə yaratmayıblar.
 


Etiketlər:  Kompüter virusu insan ölümünə səbəb olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ